Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir
Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə həmişə sıx əlaqədə olmuşdur. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri Qazaxıstandır. Qazaxıstan -Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındır. Xalqımız eyni etnik soy-kökə malik olduğu üçün sovet dönəmində çar Rusiyası tərəfindən idarə olunmuşdur. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunmuşdur. Hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan-Qazaxıstan münasibətləri Sofet hakimiyyəti dağıldıqdan sonra yüksək inkişaf etməyə başladı. Ulu öndər Heydər Əliyev və Qazağıstanın birinci prezidenti Nursultan Nazarbayev Qazağıstan-Azərbaycan münasibətlərinin inkişafında xalq üçün böyük töhfələr vermişdilər.
Prezident İlham Əliyev Qazaxıstana ilk səfəri zamanı Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxması sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparmışdılar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcəkdir.
2004-cü il martın 1-də iki ölkə arasında dostluq münasibətləri Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaçlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilmişdi.
Aprelin 10-da cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfəri iki ölkə arasında münasibətlərin genişlənməsi, yeni bir mərhələyə addım atdığını göstərir.Hər iki prezident görüşdən sonra mətbuatda Bəyanatla çıxış etdi. Cənab İlham Əliyev Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən etimada görə təşəkkürünü bildirərək demişdir: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi , bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.”
Prezident İlham Əliyev Qazaxıstanla münasibətlərin tarixi zərurətdən və iki qardaş xalqın ənənələrindən qaynaqlandığını qeyd edərək bildirmişdir: “Bugünkü Bəyannamə də iqtisadi əlaqələrimizin genişlənməsi və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlmişdir. Bu, müttəfiqlər arasında münasibətlərin daha da inkişaf etməsinə gətirib çıxarır. Əlbəttə ki, bunun əsasını ölkəmizin qardaş xalqları arasında çoxəsirlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, günkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qarşılıqlı münasibətləri əcdadlarımızın göstərişi, eləcədə həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin surətlə dayazlaşmasını müşahidə edirik.”
Qeyd edək ki, ötən ilin yekunlarına əsasən, ölkəmiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin iqtisadi tərəfdaşlığın potensialı kifayət qədərdir və bundan sonra daha da inkişaf etdirmək imkanları vardır. Ölkə başçıları bu görüşdə idxal-ixrac mallarının daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılşmışdılar. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və işgüzar Şuranın, iqtisadi Kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün müvafiq tədbirlər görülməsi qeyd olundu. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun-“ Orta Dəhliz”in potensialının tam üzə çıxarılması, ligistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, inzibati maneələrin aradan qaldırılması və qapalı loqistik dövrənin formalaşması kimi məsələlərin həllinin vacibliyi vurğulanmışdır. Cənab İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edərək demişdir: “Əlbəttə, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bu gün hələ bu barədə diskussiyaları davam etdirəcəyik. Bu məsələlər daim diqqət mərkəzində durur. Bu baxımdan qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdim ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.
Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər.Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hissələrini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.”
Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin son dövrlərdəki xarici səfərlərinin nəticələri göstərir ki, ölkə başçısı Azərbaycanın bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsi, dövlətlərarası münasibətlərin inkişafı kimi məsələlərə üstünlük verməklə yanaşı, regionda sülhün bərqərar olması üçün çalışır. İndiki geopolitik situasiyada gərgin iş tələb edən bu məsələ daim cənab Prezidentin gündəliyində əsas yer tutur.
30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Suverenlik ərazi bütovlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.
Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir.Qazaxıstan beynəlxalq arenada nüfuza və prinsipial mövqeyə malikdir. Bu iki qardaş ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Azərbaycan-Qazaxıstan qardaşlıq birliyi, dostluq münasibəti uzun illər boyu davam edir və davam edəcəkdir.
Həsənova Almara,
Xəzər rayonu 323 №li tam orta məktəbin müəllimi