Siyasət
Qardaş Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti Mövlud Çavuşoğlu ilə görüşüb
Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Globalnews.az xəbər verir ki, görüş zamanı jurnalistlərin suallarını cavablandıran Mövlud Çavuşoğlu Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını bir daha xatıraladaraq qardaşlığımızın bundan sonra da bütün müstəvilərdə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova təmsil olunurlar.