Siyasət

Qardaş Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti Manisa Yunusəmrə bələdiyyəsini ziyarət edib

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Manisa Yunusəmrə bələdiyyəsini ziyarət edib. Ziyarət zamanı Yunusəmrə Bələdiyyəsinin sədri Mehmet Çerçi ilə görüş keçirilib.

Globalnews.az xəbər verir ki, görüşdə Mehmet Çerçi 44 günlük savaşda Türkiyə insanlarının ürəyinin Azərbaycanla döyündüyünü deyib. Sonra çıxış edən Manisa Azərbaycan Mədəniyyət Evi rəhbəri Seyfəddin Ayakyay bildirib ki, Manisada Azərbaycan Parkı mövcuddur. Həmin parkda Heydər Əliyev Evinin yaradılması planları nəzərdə tutulub.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da Türkiyənin artıq beynəlxalq dünyada liderlik etməyə hazır ölkə olduğunu deyib.
Görüşdə qeyd edilib ki, bu gün Azərbaycan vəTürkiyə əlaqələri ən yüksək səviyyədədir. Türkiyə insanları dövlətçilik ənənələrinə sadiqdir. “TCG Anadolu” hərbi gəmisi, “BAYRAKTAR TB3”, ”Kızıl Elma” SİHA-sı bu ölkənin necə sürətlə inkişaf etdiyinin sübutudur.

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button