AnalitikaGündəmSiyasət

Qarabağın bütün rayonlarında olduğu kimi Cəbrayılda da tikinti-quruculuq işləri davam edir

Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən  başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan xalqı qarşısında dediyi bu sözləri   31 iyul 2023-cü il tarixdə imzaladığı  sərəncamla  əbədiləşdirdi.4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq dörd ildir ki, cəbrayıllılar, eləcə də  bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval ruhiyyədə böyük təntənə ilə qeyd edirlər.

Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2020-ci ilin 4 oktyabrından başlayaraq  Dövlətimizin başçısı dəfələrlə  rayona   səfər edərək, görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayona   səfərləri  zamanı   Cəbrayıl şəhərində və qədim Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb.

Elə bunun nəticəsidir ki, sabah Cəbrayıl şəhərində Respublikamızın müxtəlf bölgələrindən köçürülərək  daimi məskunlaşmaları  təmin edilmiş  117 ailə 364  şəhər sakini  Cəbrayıl şəhəri gününü öz döğma ata-baba yurdlarının əbədi sakinləri kimi qeyd edəcəklər. Əlbəttə ki, ərazisində  park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da olan, bütün avadanlıqları ilə tam təmin olunmuş  dördmərtəbəli və beşmərtəbəli binaların mənzillərində yaşayan Cəbrayıllıların  sevincinin həddi-hüdudu yoxdur.

30 il yurd həsrətində olan   şəhər sakinləri  Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Vətən torpağını öz canları, qanları bahasına bütövləşdirən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir , ölümləri ilə xalqa yeni nəfəs verən   şəhidlərimizə rəhmət, sağlamlığını itirmiş qazilərimizə can sağlığı   diləyirlər.   Dövlətimizin hərtərəfli qayğısını öz üzərlərində hiss edən   cəbrayıllılar inanırlar ki,   tezliklə doğma yurdları  Azərbaycanımızın çiçəklənən diyarına çevriləcək.

ənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dövlət başçısı görülən və görüləcək işlərə nəzər salaraq bildirib ki, Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Cənab Prezidentin səfəri çərçivəsində Cəbrayıl yarımstansiyası da istifadəyə verilib. Eləcə də, ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyulub. Dövlət başçısı Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını da edib. Bütün bunlar dünyaya bir mesajdır. Müasir, inkişaf etmiş Azərbaycanın potensialının, gücünün bir nümunəsidir.

Bu gün Qarabağın bütün rayonlarında olduğu kimi Cəbrayılda da tikinti-quruculuq işləri davam edir. Cəbrayıl əhalisi səbirsizliklə öz dədə-baba yurdlarına qayıtmaq, doğma eldə yaşayıb-yaratmaq üçün qayıdacağı günləri səbirsizliklə gözləyir.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button