İdmanGündəm

“Qarabağ” “Şkendiya”nı darmadağın etdi

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

“Globalnews.az” xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da cavab matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Şkendiya”nı darmadağın edib – 5:1.

Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.

 

Oxşar Xəbərlər

Back to top button