Siyasət
Prezident: Ümid edirəm ki, Ermənistan sülh şansını qaçırmayacaq
İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
“Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.