Analitika

Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri ilə əlaqədar qeydlər

Ölkələrimiz arasında qarşılıqlı münasibətlər və onun inkişafı 1990 ci illərin əvvəllərinə təsadüf edir. O zaman həm Azərbaycan, həm də Tacikistan böyük çətinliklərlə üzləşmişdi. Sabitlik pozulmuş, hər iki dövlət vətəndaş müharibəsi vəziyyətində idi. Hər iki ölkədə həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev qanlı səhifələri çevirə bildilər və ölkələrini inkişaf yoluna çıxara bildilər.

Bu gün həm Tacik, həm Azərbaycan sabit dövlətdir. Bu günkü dünyada qeyri-sabitliyin hökm sürdüyü bir zamanda başa düşülür ki, sabitik olmasa inkişaf mümkün deyil. Bu zaman nə tərəqqi olacaq nə də rahatlıq. Ölkələrimizin nümunəsi onu göstərir ki, ən aşağı inkişaf səviyyəsində olan cəmiyyətdə də müdrik rəhbərlik nəticəsində uğur qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş Sovet Respublikaları arasında müstəqillik yollarına ən pis və ağır şəraitində qədəm qoyublar. Qazanılan uğurlarda isə məhz böyük liderlərin əməyi durur. Onlar risqə gedərək dinc və uğurlu inkişaf naminə əllərindən gələni ediblər. Nəqliyyat-logistika sahəsində sənaye kooperasiyasına konkret tapşırıqlar verilib. Azərbaycan və Tacikistan investisiya layihəsini ciddi nəzərdən keçirməyə hazirdir. Komitələr arası komissiyanın növbəti iclasının bu il Tacikistanda keçirmək barədə razılıq əldə edib. Mədəni sahədə də qarşılıqlı əlaqələrin təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb və dostluq edib. Təsadüfi deyil ki, hər iki ölkə bir birinin mədəniyyətini yüksək qiymətləndirirlər. Tacikistanda Gəncədə anadan olmuş Dahi Nizami Gəncəviyə ehtiram bəslənilir. Bu bünövrə bu gün böyük istiqamətlər üzrə zəmin hazirlayır. Tacikistandan olan 50 kursant Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd xidmətinin tədris müəsisəsində tədris alır.

Səfər zamanı iki dövlət arasında bir sıra sazış də imzalanıb. Göründüyü kimi hər iki dövlət arasında keçən bu görüş çox məhsuldar olmuş, xalqlar arasında uzun müddət qarşılıqlı dostluq və anlaşmaya səbəb olacaq.

Əliyev Elçin,
Xəzər rayonu, 26 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button