GündəmAnalitikaSosial

Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanaraq qəbul olunmuşdur

22 İyul Milli Mətbuat Günüdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.

Mətbuatın müstəqillik tarixindən bəhs edərkən ilk olaraq Ümummilli Liderin azad sözün, mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı göz önünə gəlir. Mətbuatın  problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. Bu sahəyə daimi diqqət və qayğısına görə “Jurnalistlərin dostu” adına layiq görülən Ümummilli Lider Heydər Əliyevin müharibə şəraitində yaşayan ölkədə son dərəcə böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etməsi, tez-tez media nümayəndələri ilə görüşlər keçirib  onların çoxsaylı suallarına cavabları ilə yaratdığı şəxsi nümunə,  qəzetlərin “Azərbaycan” nəşriyyatına yaranmış borcları ilə bağlı problemin həllinə köməyi milli mətbuat tariximizin yeni mərhələsini xarakterizə edən hadisələrdir.

Son 21 ildən artıq dövrdə Prezident İlham Əliyevin mətbuata həssas münasibəti atdığı davamlı addımlarda özünün aydın ifadəsini tapır. Göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün münbit şərait təmin edilmişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanaraq qəbul olunmuş və  uğurlu icrası həyata keçirildi.

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Dövlətin mətbuata diqqət və qayğısı davamlılığı ilə diqqətdədir.

Bəhruz Rüstəmov
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button