AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü

Ulu öndər Heydər Əliyev demişdir. “Hər bir insanın özünəməxsus çoxsaylı arzuları ola bilər.Həbsxanada olan insanların ən ümdə arzusu azadlığa çıxmaqdır”. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti illərində bir çox amnistiya aktı imzalanmışdır. Məhz insana böyük dəyər verən Ulu  öndərin təşəbbüsü ilə 1998 ci ilin fevral ayında Azərbaycanda ölüm hökmü ləğv edildi və 128 məhkum bu cəzadan azad edildi. Onun siyasi yolunun davamçısı cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda insan hüquq və azadlıqlarına böyük hörmətlə yanaşılır və insanların hüquqları ən yüksək səviyyədə qorunur. Cənab prezident öz çıxışlarında vurğulanmışdır ki, siyasətinin təməlində insan amili əsasdır. Humanizm prinsipləri əsas götürülərək 1993 ci ildən bu günə kimi bir çox məhkum olunmuş şəxslər amnistiya ya düşərək əhv olunmuşdurlar.

Cənab prezident İlham Əliyevin növbəti amnistiya təşəbbüsü 20 min nəfərə şamil olunacağ. Bu amnistiya təşəbbüsü cənab prezident İlham Əliyevin hakimiyyəti dövründə sayca 7 ci amnistiya təşəbbüsüdur.Bundan  öncə 2007, 2009, 2013,2016,2018 və 2021 ci illərdə amnistiya aktı imzalanmış və 70 mindən çox məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Ölkə başçısının bu ilin  mayın 25-də imzaladığı “Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, qəbul edilmiş “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam həm ölkəmizdə, həm də beynəlxalq aləmdə özünəməxsus əks-səda doğurmuşdu.Hüqüqi dövlət yolunda atılan bütün bu addımlar Azərbaycanı dünyada ən öndə gedən hüquqi dövlətlərdən birinə çevrilməkdədir. Dünyanı cənginə alan terrorun çoxaldığı bir dövrdə cənab prezident in apardığı siyasət və qurduğu sistem nəticəsində Azərbaycan dövlət təhlükəsizlik orqanları çox peşəkar davranır və terrorçuluğun ölkəmizə sirayət etməsinin qarşısı alınır. Bununla yanaşı ölkəmizdə humanist qərarların verilməsi hakimiyyət və xalq birliyini daha da möhkəmləndirir.

Azərbaycanda qanunun aliliyi prinsipi daima qorunur və bunun nəticəsidir ki, tez-tez amnistiya aktları imzalanır. Konstitusiya və suverenlik ilində prezident İlham Əliyevin imzaladığı Amnistiya aktı xalqımıza verilən böyük dəyər və tövhədir. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, həmçinin Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin və  bu əməliyyatlarda həlak olmuş və ya  itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, eləcədə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, həmçinin ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Prezident İlham Əliyevin atdığı bu hümanist addımlar gələcəkdə ölkəmizdə cinayətkarlığın azalmasına zəmin yaradır. Aparılan islahatlar nəticəsində ölkəmizdə təhlükəsiz yaşam formalaşmış və Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevrilmişdir. Təhlükəsiz ölkə sağlam cəmiyyətin təməlidir. Övladlarımızın    təhlükəsiz bir ölkədə yaşamasını görmək xalqımızın hər bir fərdini sevindirir və qururlandırır.

İsgəndərov Şadoğlan,
Xəzər rayonu, 334 nömrəli tam orta mətbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button