Azərbaycan Respublikasının xarici siyasətində əməkdaşlıq, dostluq və humanistlik prinsipləri başlıca yer tutur. Ölkəmiz qonşu dövlətlərlə münasibətlərə böyük önəm verir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev-in 6 aprel 2026-cı il tarixində Gürcüstana etdiyi səfər xüsusilə diqqətəlayiqdir.
İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycan ilə Gürcüstanın dost ölkələr olduğunu və bu münasibətlərin getdikcə daha da dərinləşdiyini qeyd etmişdir. Cənab Prezident çıxışında iki ölkə arasında sıx əlaqələrin tarixi köklərə dayandığını, hər iki xalqın qədim dövrlərdən etibarən mehriban şəraitdə yaşadığını vurğulamışdır.
Prezident İlham Əliyev, eyni zamanda, Gürcüstanda mövcud olan sabitliyi və iqtisadi inkişafı yüksək qiymətləndirmiş, ölkədə əlverişli sərmayə mühitinin formalaşdığını bildirmişdir. O qeyd etmişdir ki, bu mühit xarici investorların, o cümlədən Azərbaycan investorlarının fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaradır.
Çıxış zamanı Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Regionda sabitliyin qorunması və əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər kimi qeyd olunmuşdur. Prezident bu proseslərdə Gürcüstanın xüsusi rol oynadığını da vurğulamışdır.
İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan–Ermənistan münasibətlərinə toxunmasını da xüsusi qeyd etmişdir. O bildirmişdir ki, regionda sülh prosesinin irəliləməsi üçün əsas vasitələrdən biri iqtisadi əməkdaşlıq, xüsusilə də ticarətdir. Prezidentin fikrincə, hazırda Azərbaycan ilə Ermənistan arasında müəyyən ticarət əlaqələrinin Gürcüstan vasitəsilə həyata keçirilməsi bu istiqamətdə mühüm addım hesab oluna bilər. Bu baxımdan o, Gürcüstan hökumətinə təşəkkürünü bildirmişdir.
Eyni zamanda dövlət başçısı energetika sahəsində əməkdaşlığa da toxunaraq Azərbaycanın qazının artıq 16 ölkəyə ixrac olunduğunu qeyd etmişdir. O, bu ixracın başlanğıc nöqtəsinin məhz Gürcüstan olduğunu vurğulamışdır. Prezident həmçinin Bakı–Tbilisi–Ceyhan boru kəmərinin 20 ildən artıqdır uğurla fəaliyyət göstərdiyini qeyd edərək, bu layihənin region üçün strateji əhəmiyyət daşıdığını bildirmişdir.
İlham Əliyev çıxışının sonunda Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini bir daha xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərinə əsaslanır və bu münasibətlər digər dövlətlər üçün də nümunə kimi qiymətləndirilə bilər.
Prezidentin bu yanaşması göstərir ki, beynəlxalq münasibətlərdə uğurun əsas şərti qarşılıqlı hörmət və səmimi əməkdaşlıqdır. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bu baxımdan region üçün həqiqətən də nümunəvi model hesab oluna bilər.
Aysun Quluyeva

Xarici dil müəllimliyi