Prezident İlham Əliyev cari ilin 1 Fevralında Parlamentlərarası İttifaqın Baş Katibi Martin Çunqonun qəbulu zamanı çıxışı
Minsk qrupu tərəfindən heç bir təziq Ermənistana qarşı görülmədi və müvafiq sanksiyalar tətbiq edilmədi. 30 ilə yaxın düşmən tapdagında olan torpaqlarımız işgaldan azad olunmadı, məcburi köçkünlərimiz yurd-yuvalarına geri qayıtmadı. Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün 2020-ci il 44 günlük savaşla buna nail oldu. Azərbaycan hər zaman reqionda sülhün tərəfdarı olub, lakin Ermənistan bizdən fərqli olaraq çirkin əmməllərindən heç bir zaman əl çəkmiyib. Ermənistan tərəfindən buna adekvat cavab gəlmədi. Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edərək , beynəlxalq hüquq və normalara uygun olaraq 5 prinsipi irəli sürüb. Azərbaycan hər zaman masada danışıqların tərəfdarı olub. 44-günlük Vətən müharibəsindən 3 il ötsədə Ermənistan üzərinə düşən bir sıra öhdəlikləri hələdə də etmir, bundan boyun qaçırır. Ötən il sentyabrın 2-də olan antiterror əməliyyatı qaçılmaz idi. Çünki Ermənistanda keçirilən dırnaqarası prezident seçkisi , qondarma Daglıq Qarabag respublikasının yaradılması bizə və sülh prosesinə ciddi zərbə idi.İki ölkənin sərhəddində bir neçə aydır sakitlik hökm sürür. Sülh prosesinin imzalanması Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına son qoymalıdır. Ermənistan bu mövzuda artıq düşünməli və ölkədaxili müzakirələrlə başlamalıdır.
Rəsmi Paris reqionda vəziyyətin gərginləşməsinin hər zaman səbabkarı olmuşdur. Fransa hər zaman dagıdıcı siyasət həyata keçirir. Sakitləşdirmək yerinə od üstünə benzin tökməklə öz çirkin prinsipləri ilə çıxışlar edir. Fransa Cənubi Qafqazda aparıcı mövqeyə nail olmaq və nüfüzunu gücləndirməyə cəhd edir. Ermənistanın Fransa tərəfindən silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Bu gün Avropa Şurası Parlament Assambleyasının Azərbaycana olan olan beynəlxalq riyakarlıgın nümunəsidir. Azərbaycan nümayəndə heyyətinin hüquqları bərpa olunmalıdır, olunmadığı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları məhkəməsində iştirak məsələsinə yenidən baxılmalıdır.
Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü.