Siyasət

Prezident İlham Əliyev: Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində fəal şəkildə çalışıb

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu ilin sonunda başa çatacaq, ölkəmiz sədrlik dövründə təşkilatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşündə bildirib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladan dövlətimizin başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini deyib.

Oxşar Xəbərlər

Back to top button