Siyasət
Prezident icra başçısını vəzifəsindən azad etdi
Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.