
UEFA-nın keçmiş prezidenti, sabiq futbolçu Mişel Platininin evi qarət olunub.
Globalnews.az xəbər verir ki, bu haqda “Footmercato” məlumat yayıb.
Məlumata görə, hadisə bu gün səhər onun Buş-dü-Ron bölgəsində yerləşən iqamətgahında baş verib. Platini evinin yaxınlığında bir cinayətkarı görüb. Daha sonra 70 yaşlı fransız bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.
Marsel prokurorluğu ağırlaşdırıcı hallarla müşayiət olunan oğurluq faktı ilə bağlı istintaqa başlayıb.