
Bakıda Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin himayəsi altında keçirilən II AzərbaycanBeynəlxalq İnvestisiya Forumu (AIIF 2026) qlobal iqtisadiplatformada ölkənin artan rolunu bir daha nümayiş etdirdi. Forum çərçivəsində təşkil olunan “Parçalanmış dünyadaetimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı vəinvestisiya sabitliyinin dayağı kimi” mövzusundakı xüsusitədbirdə dövlət başçısı şəxsən iştirak edərək moderatorAdebayo Ogunlesinin suallarını cavablandırıb və mühümbəyanatlarla çıxış edib.
Prezident İlham Əliyev çıxışında bir çox aparıcıbeynəlxalq şirkətlərin Azərbaycanı iqtisadiyyatın müxtəlifsektorlarında etibarlı tərəfdaş kimi qəbul etdiyinivurğulayıb. Ölkədə formalaşmış şəffaf və sabit investisiyamühitinin xarici sərmayədarlar üçün cəlbedici olduğunubildirən dövlət başçısı, ötən il imzalanmış 10 milyard ABŞ dollarından çox dəyərindəki investisiya müqavilələrinin 7 milyard dollarlıq hissəsinin məhz qeyri-neft sektorununpayına düşdüyünü diqqətə çatdırıb.Forumdakı çıxışındaiqtisadiyyatın diversifikasiyasına toxunan dövlət başçısıbildirib ki, hazırda qeyri-neft sektoru ölkə ÜDM-nin 70 faizindən çoxunu təşkil edir. Dayanıqlı inkişafda insankapitalının rolunu xüsusi qeyd edən Prezident, Azərbaycanda savadlılıq səviyyəsinin 100 faizə yaxınolduğunu və təhsil sahəsinə qoyulan investisiyalarınidarəetmədə mühüm keyfiyyət dəyişikliklərinə yol açdığınıbildirib.
İnvestorlar üçün ən böyük maraq kəsb edənsahələrdən birinin beynəlxalq maraqlara xidmət edəninfrastruktur olduğunu deyən İlham Əliyev, nəqliyyat, logistika və rəqəmsallaşma sahələrini önə çəkib. O vurğulayıb ki, yalnız körpülər və gəmilər tikməkləkifayətlənmək olmaz; gömrük inzibatçılığıyüngülləşdirilməli, rəqəmsallaşma sürətlənməlidir ki, yükdaşımalar daha sürətli və asan həyata keçirilsin. Həmçinin elektrik enerjisinin ötürülməsi xətlərinin də böyükinvestisiya potensialına malik olduğu qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın qısa müddətdəöz ərazi bütövlüyünü bərpa edən, milli maraqlarına sadiqqalan və tam müstəqil siyasət yürüdən bir dövlət olduğunuxatırladıb. Ölkənin dünyaya açıq olduğunu və çoxsaylıəcnəbi mütəxəssisin burada rahat yaşayıb-çalışdığınıdeyən Prezident, Bakının qlobal çağırışların müzakirəedildiyi etibarlı sabitlik adası olduğunu vurğulayıb.
Maya Qənbərova,
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmiişçisi



