Analitika

Ölkə başçımız heç bir ifadəni təsadüfən işlətmir

Prezidentin heç bir sözü, ifadəni təsadüfən işlətmədiyini nəzərə alsaq, “Yeganə olaraq burada özünü ləyaqətlə aparan Azərbaycan polisi idi” cümləsi mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan polisinə Prezidentin verdiyi möhtəşəm dəstəkdir və hesab etmirik ki, bu dəstəyin səbəbi yalnız və yalnız Söyüdlü hadisələri ilə bağlıdır. Azərbaycan polisi xüsusilə son aylarda İrana bağlı şəxslərin-casusların ifşa edilməsi, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı təhdidlərə qarşı mübarizəyə də mühüm töhfələr verir. Yol hərəkəti qaydalarının pozulması, avtoşluqdan tutmuş qətl-qarət, cinayətkarlıq, xuliqanlıq, narkotik dövriyyəsi, ictimai narahatlıq yaradan istənilən hərəkət, oğurluq, hətta ailə münaqişələri, qonşu mübahisələri, itkin düşmələr, bağçada şiddət, internatda qeyri-normal davranış və s. hər yerdə polis görünür.

Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır.  Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır.

Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır.  Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button