AnalitikaGündəmSiyasət

“Öldü var, döndü yoxdur!”

Azərbaycan xalqı yarandığı gündən bir çox problemlərlə üzləşmiş, bu problemlərin öhdəsindən alnının təri ilə qalib çıxmışdır. Vətənimizin ən böyük yarası olan Qarabağ, başda Ali Baş Komandanımız İlham Əliyev və rəşadətli ordumuzun əsgərləri tərəfindən düşmən tapdağından azad edilmişdir. İgid gənc əsgərlərimizin canı bahasına 30 il çəkən həsrətə son qoyuldu. Şəhidlər ölmür, onlar daim bizim yaddaşımızda yaşayır. Onların canı, qanı bahasına azad edilən torpaqlarımıza hər dəfə ayaq basanda , hər dəfə xatırlayanda , şəhidlərimizi dərin hörmət və ehtiram hissi ilə anırıq.

Ali Baş Komandanımızın göstərişi ilə igidlərimiz düşmənin üstünə aslan kimi atıldı. Kimi əsgərlərimiz övladını geridə qoydu, kimisi ailəsini, kimisi toyunu yarımçıq qoydu, amma onların əziyyəti yerdə qalmadı. Qarabağın hər daşında , torpağında onların izi var.

“Əgər şəhid olsam , fəxr et mənimlə!”- şəhidimiz H.Həmidzadənin vətənin azadlığı uğrunda şəhid olduğu döyüşdən əvvəl anasına dediyi son sözlər olub. Onun anası L. Həmidzadə ilə söhbətim zamanı, gözlərindəki qəmginliklə yanaşı, üzündəki fəxr və qürur hissini də gördüm. Leyla xanım söhbətimiz zamanı mənə çox təsir edən və heç unuda bilmədiyim bir neçə cümlə dedi:

“Mən ağlamıram ,mən ağlamayacam! Oğlum və oğlum kimi yüzlərlə, minlərlə əskərlərimiz şəhid oldu, minlərlə övlad yetim qaldı, amma buna dəydi! Oğullarımızın qanı yerdə qalmadı! Onlar uca bir amal uğrunda; tarixi dəyişdilər. Bir Hüseyn gedər, min Hüseyn gələr, amma Vətən azad və əbədi olmalıdır!

Ananın bu sözlərini hər dəfə xatırlayanda qəribə hisslər keçirirəm. Onun bu möhkəm iradəsinə heyran olmamaq əldə deyiL” Belə mətin ,dözümlü, igid və vətənpərvər anaların yetişdirdiyi oğullar 44 gündə dastan yazdı, Leyla ananın dediyi kimi; tarixi dəyişdi.

44 gündə çox evlərin işığı sönmədi, ailələr gecələr yata bilmədi; “oğlum nə edir görəsən?” deyə düşündü. 44 gün Azərbaycan xalqı üçün 44 il kimi keçdi… Bu 44 gün Azərbaycan xalqının dönüş nöqtəsi oldu. Ali Baş Komandanımızın başçılığı ilə ordumuz tarixi yenidən yazdı. Azərbaycanın 30 illik həsrətinə 44 gündə son qoyan şəhidləri, qaziləri necə unutmaq olar axı?! Şəhidlərimizin xatirəsinə , Qələbəmizin şərəfinə ölkəmizdə 8 Noyabr abidəsi ucaldıldı, “Hərbi Qənimətlər Parkı” açıldı. Şəhidlərimizin adına küçələr verildi,onların parlaq zəfərinin şərəfinə “8 noyabr” metrostansiyası istifadəyə verildi.

Şəhid M. Abdullayevin anası Şəhidlər Xiyabanında ondan müsahibə götürmək istəyən jurnalistlərə qısa və təsirli cavab vermişdi:
-Vətən sağ olsun! Oğlumun qanı yerdə qalmadı, hər bir azərbaycanlı şəhidlərimizi hər zaman xatırlayacaq, onlara dualar edəcək – bu bizə yetər.

Bəli, ana oğlunu qürurla torpağa verdi və oğlunun heç vaxt unudulmayacağını, həmişə ürəklərdə yaşadığını bildiyi üçün rahatdır.

Bəli, 44 gün ərzində şəhidlərimiz danışdı! Onlar öz qanları ilə tarix yazdı. Misilsiz qəhrəmanlıq göstərildi. Azərbaycan adını tarixə “Qarabağ Azərbaycandır!” sözləri ilə həkk etdilər. Bu sadəcə qələbə deyil – bu, milli ruhun. birlik və həmrəyliyin təntənəsidir.

Bu qəhrəmanlığını əsla unutmaq olmaz. Onların şücaəti. vətən sevgisi, fədakarlığı gələcək nəsillərə örnək olmalıdır. Onların əziz xatirəsi daim yaşadılmalı. Nəsildən-nəslə ötürülməlidir.

ŞƏHİDLƏR ÖLMƏZ , VƏTƏN BÖLÜNMƏZ!

Əlizadə Günel,
Bakı Slavyan Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button