AnalitikaGündəmSosial

Novruz bayramı hər bir azərbaycanlının qəlbində sevinc və birlik hissi oyadır

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanın güclənməsi və ərazi bütövlüyünün bərpası istiqamətində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətti uğurla davam etdirdi. Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi idi. İlham Əliyev atasının siyasi irsini qoruyaraq bu vəsiyyəti yerinə yetirdi və 2020-ci ildə Vətən müharibəsində parlaq qələbə qazandı.

Müzəffər Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşməni darmadağın edərək tarixi ədaləti bərpa etdi. Bu qələbə təkcə hərbi deyil, eyni zamanda siyasi və diplomatik məharətin nəticəsi idi. Onun qətiyyətli siyasəti sayəsində Azərbaycan dünya miqyasında mövqeyini gücləndirdi və ərazi bütövlüyünü tam təmin etdi.

Dövlət başçısı yalnız torpaqların azad edilməsi ilə kifayətlənməyərək, Qarabağın və Şərqi Zəngəzurun bərpasını, yenidən qurulmasını da prioritet vəzifə kimi irəli sürdü. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri, yeni yaşayış məntəqələri və strateji obyektlər sürətlə tikilir. Bütün bu işlər xalqın rifahının yüksəldilməsinə və bölgənin dirçəlməsinə yönəlib.

Azərbaycan xalqı İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyərək onu qalib lider kimi qəbul edir. Ölkənin inkişafı, suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması onun müdrik rəhbərliyinin nəticəsidir. Prezidentin iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə mühüm nailiyyətlər əldə edib.

Xəyal Rzazadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button