Gündəm

Nizami rayonunda “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib

Nizami rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib

Globalnews.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 8 noyabr – Zəfər Günü münasibətilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Vətən müharibəsi qazisi, mayor Taleh Eyyubov çıxış ediblər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzinin nümunəvi hərbi orkestri geniş konsert proqramı ilə çıxış edib.

Oxşar Xəbərlər

Back to top button