Gündəm

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda geniş rayon ictimaiyyətinin iştirakı ilə konfrans keçirilib.

Öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini yad ediblər.

Globalnews.az xəbər verir ki, konfrans Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb, sonra Ulu Öndər Heydər Əliyevin tarixi xilaskarlıq fəaliyyətindən bəhs edən “Milli dövlətçiliyimizin xilaskarı” adlı videofilm nümayiş olunub.

Konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar Əzizov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.

Konfrans Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, konfransda Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, YAP Mərkəzi Aparatının məsul əməkdaşları Rafael Gülməmmədov və Asif İmaməliyev də iştirak ediblər.

Oxşar Xəbərlər

Back to top button