Sosial

Nicatın atasından açıqlama

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button