Sosial

Nəsimi rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci il dönümü ilə əlaqədar qan vermə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci il dönümü ilə əlaqədar YAP Nəsimi rayon təşkilatında qanvermə aksiyası keçirildi. Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır.

Globalnews.az xəbər verir ki, aksiyanı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov açaraq tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilat kollektivləri fəal iştirak etdilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirildi.

Qanvermə aksiyasında 300 nəfərdən artıq partiya üzvü iştirak edib.

Oxşar Xəbərlər

Back to top button