Gündəm

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol turnirinə start verildi

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında təşkil olunmuş futbol turnirinə start verildi.

Globalnews.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş  rayonun idarə və  müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verildi.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, Nəsimi rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi əlilləri və komanda üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyətinin Başçısı Asif Əsgərov açaraq turnir iştirakçılarına uğurlar arzuladı. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. İdman sahəsində yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə Atlanta Olimpiadasında 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti idi. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir.

Qeyd olundu ki, keçirilən turnir 8 komandadan ibarət olmaqla 2 qrupa ayrılır. Turnirə aprel ayının 5-də ilk oyuna start veriləcək, may ayının ilk həftəsində final olacaq. Turnirin idarə olunmasında idman müəllimlərindən ibarət hakim komandası cəlb olunmuşdur. Oyunlar Azfar Grup Şirkətinə məxsus mini-futbol meydançalarında keçiriləcəkdir.

Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Nəsimi rayon Məhkəməsinin sədri İlqar Qaralov turnirin əhəmiyyətini vurğulayaraq bildirdi ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.

Sonra  komandalar arasında  püşkatma keçirildi.

Turnir may ayının birinci 10 günlüyündə başa çatacaqdır. Qalib komandalar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqdır.

Oxşar Xəbərlər

Back to top button