Sosial

Nəsimi rayonunda “Heydər Əliyev ili”-nə həsr edilmiş yardım aksiyalarına start verildi

Nəsimi rayonunda “Heydər Əliyev ili”-nə həsr edilmiş yardım aksiyalarına start verildi.

Globalnews.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı mütəmadi olaraq aztəminatlı ailələrə, tənha şəxslərə və ahıl insanlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirir.

Bu mənada, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Heydər Əliyev ili”-nə həsr edilmiş yardım aksiyalarına start verdi.

Həyata keçirilən tədbirlər çərçivəsində rayon təşkilatının sədri Azər Süleymanov rayonun bir qrup aztəminatlı ailəsini ilə qəbul edib, onun sosial qayğıları ilə maraqlanıb.

Təşkilat sədri ailələri narahat edən problemlərin həlli istiqamətində dəstək göstərərək, eyni zamanda ailəsinə ərzaq yardımı təqdim edib.

Oxşar Xəbərlər

Back to top button