
Nəqliyyat dəhlizlərinin rəqəmsallaşması və gömrük prosedurlarının sadələşdirilməsi ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycan və Özbəkistan bu istiqamətdə elektron idarəetmə sistemlərini tətbiq edirlər. Sərhədkeçmə proseslərinin sürətləndirilməsi yükdaşımaların vaxtına və xərclərinə qənaət etməyə imkan verir.
“Yaşıl dəhliz” sisteminin genişləndirilməsi və elektron sənəd dövriyyəsinin tətbiqi işgüzar dairələr tərəfindən müsbət qarşılanır. Gömrük xidmətləri arasında birgə məlumat mübadiləsi təhlükəsizliyi təmin etməklə yanaşı, ticarəti asanlaşdırır. Bu texnoloji yeniliklər tranzit potensialımızı artırır.
Liderlərin nəqliyyat və gömrük sahəsində verdiyi tapşırıqlar operativ şəkildə həyata keçirilir. Müasir texnologiyaların tətbiqi korrupsiya hallarını istisna edir və şəffaflığı artırır. Bu sahədə əldə olunan nailiyyətlər iqtisadi səmərəliliyi yüksəldir.
Azərbaycan və Özbəkistan gömrük və nəqliyyat sahəsində qabaqcıl standartlara əsaslanırlar. Rəqəmsal transformasiya prosesləri hər iki ölkənin ticarət əlaqələrini daha da gücləndirir. Bu islahatlar iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırır.
Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi



