Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır
Qoşulmama hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.
Azərbaycan Qoşulmama hərəkatına sədrliyi dövründə Bandunq prinsipləri əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Məhz Qoşulmama hərəkarı COVİD-19 pandemiyası ilə mübarizə dövründə qətiyyətli cağırışla qlobal səyləri birləşdirə bildi.
2020-ci ilin mayinda Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bu hərəkatı bəzi zəngin ölkələr tərəfindən yürüdülən peyvənd millətçiliyinə güclü etifrazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi mübarizədə liderliyinə dəlalət edir.
Qoşulmama hərəkatının gənclər təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nəaliyyətidir. Hazirda Qoşulmama hərəkatının qadinlar platformasının yaradılması üzərində işlər aparılır.
Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının postpandemiya dövrünə həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi.
Azərbaycan Qoşulmama hərəkatına üzv olan 80-dən çox ölkəyə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsi ilə COVİD-19 ilə bağlı maliyyə və humnitar dəstək göstərib. Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları məbləğində könüllü töhvə verib. Həmçinin Azərbaycan 5 ölkəni peyvəndlə təmin edib.
Bu gün BMT-dən sona ikinci böyük təşkilat kimi Qoşulmama Hərəkatı yeni dünya nizaminda öz yerini tapmalıdır. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. Burada ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik təşkilatı keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz TŞ-da daha çox ölkənin təmsil olunması və çoğrafi baximindan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Belə düşünürük ki, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına Afrika İttifaqına sədrlik edən ölkələr BMT TŞ-da veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Azərbaycan bu gün neokolonolizm meyillərinin artmasından olduqca narahatdır.
Neokolonializmi hələ də davam etdirən dövlətlərdən biri də Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər Fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa bu ölkələrin suverenlyinə xalqların hüquqarına hörmət etməlidir. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1.5 milyona yaxın Əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində Əlcəzairli Azadlıq döyüşcülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu utancverici və iyrənc hərəkətdir. Özünü yalandan insan haqları və beynəlxalq hüququn müdafiəcisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina–Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonizm siyasətini uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət ,xarici hərbi mövcuduq müstəmləkəçilik siyasəti ilə cənubi qafqaz regionunda da mənfur təçrübəni tətbiq etməyə çaışır. Bu cinəyətlərinə görə Fransa Afrika, Cənub-Şərqi Asiya ölkələrindən üzr istəməlidir. Fransa XX əsrin II yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərdində Sakit Okean, Fransa Polineziyasında bir necə nüvə silahı sinağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqredasiyasına yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdir. Belə düşünürük ki gec də olsa Fransa bu əməllərinə görə əsarətə məruz qalmış ölkələrdən, vətəndaşlardan üzr istəməlidir.
Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqciliyin və islamafobiyanın daha bir əlamətidir. Fransa hətda Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir. Lakin eyni zamanda özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə öz ölkəsində narahatedici meyllərlə mübarizə aparmalıdır. İnkişaf etməkdə olan kicik ada dövlərləri iqlim dəyişikliyinin təsirərinə daha həssasdır. Geniş vüsət alan islamafobiya və ksenofobiya hallarından həmçinin islamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir və qəbul ounmazdlr.
2010-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT TŞ 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir. 30 il əvvəl Ermənistan Azərbaycanı beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminın 20% işğal etdi. İşğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirildi. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köckünə cevrildi. Ermənistan 1992-ci ildə Xocalı şəhərində 613 azərbaycanlını o cümlədən 106 qadını və 63 uşağı yalnız etnk mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirmişdir. Keçmişdə işğal olunmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılməş, talan edilmiş, bütün mədəni və dini abidələr məscidlər təhqir olunuş və qarət edilmişdir. 60 min hektar meşə kəsilmiş, torpaq və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir. Ermənistan Naxçıvan Muxtar Respublikası ilə sərhədində ekoloji fəlakət törətməkdə davam edir. Azərbaycan hazirda dünyada minalarla ən çox çirkləndirilmiş 10 ölkə sırasındadır. 2010-ci ilin noyabrında Vətən müharubəsi başa çatdıqdan sonar mina partlayışı nəticəsində təxminən 300 azərbayanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahisinin davamıdır. Kapitulyasiyadan sona da ermənistan külli muqdarda mina istehsalını davam etdirmiş və onlarl Laçın sərhəd kömrük buraxılış məntəqəsi yaradılana qədər Qarabağ. bölgəsinə daşıyırdı. Ermənistan birinci qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxin azərbaycanlının taleyinin müəyyənləçdirməsində tam şəffaflığı təmin etməli və əməkdaşlıq etməlidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə azərbaycan öz hesabina böyük quruculuq işləri həyata keçirir. Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağına baxmayaraq hələ də burada erməni silahlı birlışmələri mövcuddur. Əyər ermənistan həqiqətən də regionda sühdə maraqlıdırsa onda onun silahlı qüvvələri azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Ermənistan götürdüyü öhtəliyə uyğun olaraq Zəngəzur dəhizinin açılaçağına da mane olur. 2020-2011-ci illərdə Qoşulmama hərəkatı ölkələri BMT TŞ-da Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aliblar.
Əliyev Elçin,
Xəzər rayonu, 26 №li tam orta məktəbin müəllimi