İdman

“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyun çətin və ağır olacaq”

www.aktualinfo.az/icxeberinfo Report-a istinadən məlumata görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI tur matçından əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis komandanın hazır durumda olduğunu bildirib: “Demək olar ki, bütün futbolçular məşq prosesində iştirak edir. Voislav Stankoviç qarşılaşmaya tam hazır olacağına ümid edirəm. Görüşə hazırlıq yaxşı gedir”.

Rumıniyalı baş məşqçi VIII turda “köhlən atlar”a 1:3 hesabı ilə uduzduqları görüşü xatırladıb: “Qarabağ”la matç bizə böyük dərs oldu və qarşılaşmadan nəticə çıxartdıq. Oyunun 90 dəqiqə davam etdiyini bilməliyik. Həmin görüşün ilk 45 dəqiqəsində yaxşı oyun sərgiləmişdik. Bütün 90 dəqiqəni eyni oynamaq üçün səviyyəmiz və imkanımız var”.

Regekampf “Sabah” və “Qarabağ”la əvvəlki oyunlarda vacib xallar itirdiklərini sözlərinə əlavə edib: “Öz matçlarımıza köklənməliyik. Bunu bacarsaq, titul üçün şansımız olacaq. Çempionat uzun marafondur”.

Qeyd edək ki, dekabrın 2-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 21:00-da başlayacaq.

Oxşar Xəbərlər

Back to top button