Elm və Təhsil
Nazir: Xaricdə attestatla təhsil alan tələbələrin yerli universitetlərə köçürülməsi mümkün deyil
Türkiyədə zəlzələ baş verən ərazidəki universitetlərdə təhsil alan tələbələr minimal şərtləri ödədiyi təqdirdə onların yerli universitetlərə köçürülməsi həyata keçiriləcək.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, əgər tələbələr ölkə daxilində qəbul imtahanında keçid balını toplamayıbsa, attestatla təhsil alırsa, onların yerli ali təhsil müəssisələrinə köçürülməsi mümkün olmayacaq.