Siyasət

Nazir: Ermənistanın revanşist davranışının təşviqində üçüncü tərəflərin rolu ciddi narahatlıq doğurur

Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni zamanda, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir.

Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə səsləndirib.

Nazir deyib ki, Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur. Çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir.

“Yaşadığımız mürəkkəb dövr Şərq Tərəfdaşlığının öz fəaliyyətini tərəfdaş dövlətlərin ehtiyac və maraqlarına uyğunlaşdırmasını zəruri edir.

Ümid edirik ki, Aİ-nin Cənubi Qafqaza yanaşması regionda yaranan ehtiyac və prioritetlər nəzərə alınmaqla yeni situasiyaya uyğunlaşdırılacaq, – deyə Ceyhun Bayramov bildirib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button