GündəmSiyasət

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

Aprelin 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Aktualinfo Media Qrup-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun aprelin 20-də Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar Xəbərlər

Back to top button