Siyasət
Naxçıvana yeni nazir təyin olundu
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.
Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.
Yeni naziri kollektivə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.