GündəmSəhiyyə

Bu il Qobustan Rayon Mərkəzi Xəstəxanasında yeni mərkəzlər yaradılacaq

Cari ildə Qobustan Rayon Mərkəzi Xəstəxanasında Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması planlaşdırılır

Globalnews.az “Report” a istinadən  xəbər verir ki, bunu Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova xəstəxanada təşkil olunmuş mediatur zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə əməliyyatların sayının artırılması, Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, fizioterapiya şöbəsinin stasionar xidmət formatına keçirilməsini xəstəxananın əsas məqsədlərdən biridir.

“Cari ilin ilk beş ayında Qobustan Rayon Mərkəzi Xəstəxanasında 155 əməliyyat, 12 doğum, 22 min 900 radioloji xidmətlər, 65 min 800 laborator xidmətlər icra olunub”,- G.Muradova əlavə edib.

Xəstəxana direktoru vurğulayıb ki, 2023-cü il ərzində xəstəxanaya 75 min 600 ambulator, 790 stasionar və 10 min 200, 2024-cü il və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə isə 12 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb.

Oxşar Xəbərlər

Back to top button