Analitika

Müstəqil siyasət  Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi

Bu gün Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işləri Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordunun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Bu xüsusda yeni yaradılan Komondo hərbi hissələri də ordu quruculuğunun davamı kimi qiymətləndirilir. Ordu quruculuğu dövlət proqramı ilə davam etdirildiyindən müasir tələblərə cavab verir və Silahlı Qüvvələrimiz ölkə rəhbərliyi tərəfindən hərtərəfli qayğı və diqqətlə əhatə olunub. Bütün hərbi hisələrdə tikinti bərpa işləri aparılır, hərbiçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır və tez- tez mükafatlandırılırlar. Sözsüz ki, bütün bunları görmək 90-cı illərin əvvələrində mümkün deyildi.1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğuna diqqəti artırdı. Hələ sövetlər dönəmində böyük çətinliklə 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi məktəbin əsasının qoyulması onun uzaqgörən siyasətinin nəticəsi idi. Bu hərbi lisey bu gün ordumuzun əsas kadr hazırlığının bazası hesab edilir.

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.  Son illər ordu quruculuğu sahəsində əldə edilən uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Bunu Prezident İlham Əliyevin 23 iyun tarixində Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olan zaman həbiçilərlə görüş nitqində bir daha söyləmişdir: “Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”. Hər kəsə o da yaxşı məlumdur ki, dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycan dövləti olaraq hər şeyi öz hesabımıza əldə etmişik. Cənab Prezidentin də dediyi kimi, əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı. Bu gün ölkəmizdə strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Ən əsası da cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Bunun kökündə isə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı dayanır ki, yüksək səviyyədə təmin olunub və bu, bundan sonra da davam etdiriləcək. Təbii ki, bu da bizim böyük potensialımızdır. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bütün dünya bilir.

Yaşasın Müzəffər Ali Baş Komandan! Eşq olsun Azərbaycan Ordusuna!

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button