AnalitikaGündəmSiyasət

Müasir siyasi tariximizdə dövlətçilik ideyalarının möhkəmləndiyi gün

Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası böyük tarixi yol keçərək xalqın birlik simvoluna çevrilib. 1992-ci il noyabrın 21-i Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtələrindəndi.Məhz bu tarixdə növbəti mərhələlərdə davamlı inkişaf və sabitliyin rəhnini təşkil edəcək siyasi partiya-Yeni Azərbaycan Partiyası yaradılır.Yeni Azərbaycan Partiyasının yaranması XX əsrin 80-ci illərində ölkəmizdə baş verən hadisələrin yekunu,mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.Ölkəmizdə siyasi qurumların formalaşması prosesi də məhz həmin ildən başladı.1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yarandı.Təəssüf ki həmin partiyalar ölkəni düşdüyü ağır iqtisadi,siyasi böhrandan çıxara bilmədi.Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçı siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradırdısa,digər tərəfdən bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi.Məhz həmin zamanda tanınmış ziyalılar, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan xilas edə biləcək yeni bir partiya yaratmaq təşəbbüsü irəli sürdülər.Bu məqsədlə xalqın müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşməyə qərar verdilər. Beləliklə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana-Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olan bu sənəd xalqın arzu və istəklərinin ifadəsi idi.Müraciətdə yeni yaradıcalaq partiyaya Heydər Əliyevi rəhbərlik etməsi xahiş olunurdu.
Partiyanı yaratmaq istəyən insanlardan bir hissəsi, 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirməyə nail oldular.Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar,Partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Xalqımızın dahi oğlu,ümumilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.Beləlilə müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.Ulu Öndərin də qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərururətdir.Yeni Azərbaycan Partiyasının yaradılması Heydər Əliyevin siyasi irsinin təcəssümü kimi həyata vəsiqə aldı.Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada davam etdirmək üçün bütün lazımi səyləri edir.Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaranan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir.Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq misiyasının davamı demək idi.Bu həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə zəmin yaratmış oldu.
1993-cü il oktyabrın 3-də Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş,ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş,kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qısa zamanda inkişaf etdirdi,özünün dediyi kimi “dünənin,bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Dahi Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası möhtərəm Prezident cənab İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolunu keçərək milli siyasi iradəni təmsil edən və xalqımızın ali mənafeyini ifadə edən qüvvəyə çevrilmişdir. Bu gün də mövcud iqtidarın birliyi nəticəsində ümumilli liderin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. YAP Azərbaycanda demokratik, hüquqi dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, dinindən, əqidəsindən, qulluq mövqeyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında qeyd etmişdir: “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır.Partiyamızın VII qurultayı ölkəmizin ictimi-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın,həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.Yeni Azərbaycan Partiysı bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Yeni Azərbaycan Partiyası Azərbaycanın davamlı inkişafına və milli maraqlarına xidmət edən çoxşaxəli proqramla fəaliyyətini davam etdirir.Partiyanın müəyyən etdiyi 11 strateji hədəf arasında “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”,”Milli maraqlar və xarici siyasət”,”Güclü iqtisadiyyat və davamlı inkişaf” kimi istiqamətlər xüsusi yer tutur.Bu hədəflər Azərbycanın müstəqil dövlət kimi güclənməsinə və xalqın rifahının təmin edilməsinə yönəlib.Partiyanın üzvlərinin səciyyələndirən əsas göstəricilər vətənə sədaqət,ümumilli maraqlara bağlılıq və dövlətçilik prinsiplərinə riayət etməkdir.Demokratik siyasi mədəniyyətin inkişafında mühüm rol oynayan YAP siyasi dialoqu stimullaşdırmaq və cəmiyyətin bütün təbəqələrini bir araya gətirmək kimi vacib missiyaları uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası dünənin ağır sınaqlarından keçərək bu gün güclü liderliklə Azərbaycanın sabitliyini və inkişafını təmin edən qüvvədir.Gələcəyə inamla addımlayan bu partiya Heydər Əliyevin siyasi irsini yaşadaraq xalqımıza və dövlətimizə xidmət etməyə davam edir.


Hüseynova Gülmirə,

Xəzər rayonu,Elçin Mansurov adına 88 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button