Siyasət
Mövqelərimiz atəşə tutulub
İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.