Siyasət

Misir Prezidentindən terrorla bağlı başsağlığı

Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi İrandakı səfirliyimizdəki terrorla bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Globalnews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

“Möhtərəm Prezident, ilk növbədə, dünəndən gördüyüm bu qonaqpərvərliyə və səmimi qəbula görə Sizə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, dünən Azərbaycan səfirliyinə baş vermiş hücumla əlaqədar başsağlığımı çatdırmaq istəyirəm”, – Əbdülfəttah Əs-Sisi həmkarına xitabən bildirib.

Oxşar Xəbərlər

Back to top button