Siyasət
Misir Mərdanov: Qərbi Azərbaycan İcması bundan sonra işini daha da sürətləndirəcək
Qərbi Azərbaycan İcması bundan sonra işini daha da sürətləndirəcək. Bu istiqamətdə Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimizi gücləndirməliyik.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov yanvarın 26-da keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, icma bundan sonra işini daha da sürətləndirəcək. Vətən müharibəsində olduğu kimi bu Konsepsiyanın həyata keçirilməsində də xalqımız Prezident İlham Əliyevin yanında olacaq. Dövlətimizin başçısının verdiyi tapşırıqlar layiqincə yerinə yetiriləcək.