
1992-ci ildə münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu beynəlxalq aləmdə ümidlə qarşılanmışdı. Onun əsas vəzifəsi sülh prosesinə vasitəçilik etmək və tərəflər arasında ədalətli həll yolunu tapmaq idi. Lakin zaman keçdikcə bu qurumun fəaliyyətsizliyi və tərəflərə qarşı balanssız yanaşması daha da aydın görünməyə başladı.
Minsk qrupu, xüsusən də həmsədrlərin qeyri-obyektiv mövqeyi münaqişənin illərlə dondurulmasına şərait yaratdı. Ermənistanın işğal siyasəti davam edərkən, beynəlxalq ictimaiyyət yalnız çağırışlarla kifayətləndi. Bu isə Azərbaycan cəmiyyətində ədalət prinsiplərinə olan inamı zəiflətdi.
Qrupun real nəticələr ortaya qoya bilməməsi regionda yeni gərginliklərin yaranmasına gətirib çıxardı. Diplomatik müstəvidə zaman itirildikcə, hərbi təxribatlar və silahlı qarşıdurmalar daha da artdı. Azərbaycan xalqı isə sülh danışıqlarının yalnız formal xarakter daşıdığını görməyə başladı.
Nəticədə Minsk qrupu beynəlxalq vasitəçilik tarixində uğursuz mexanizm kimi yadda qaldı. Münaqişənin həlli Azərbaycan Ordusunun gücü və xalqın iradəsi hesabına reallaşdı, Minsk qrupunun isə adı formal qurumdan o yana keçmədi.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Kamran Mustafayev