Analitika

Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il oz doğma diyarına qayıdacaqlar

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində xalq-dövlət-ordu birliyindən yaranan “Dəmir yumruq” düşmənə sarsıdıcı zərbə vuraraq ona ağır məğlubiyyət yaşatdı. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktı nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və bir neçə digər rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxardı.Lakin, Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətindən kənarda qalmışdı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Laçın şəhəri və rayonun 6 yaşayış məntəqəsi müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarətində qaldı. Sus və Zabux kəndləri də bu razılaşmaya aid idi. Bu isə insanlarda müəyyən narahatlıq yaradırdı ki, Laçın rayonu nə vaxt tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Həmin üçtərəfli razılaşmaya əsasən üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulurdu. Azərbaycan dövləti həmin yolu – Laçın şəhərindən yan keçən yolu qeyd olunan müddətdən də az bir vaxtda yüksək səviyyədə inşa etdi.

Artıq sülhməramlıların nəzarətində olan yaşayış obyektlərinin tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçməsi üçün heç bir səbəb və ya bəhanə qalmayıb. Həmin yol vasitəsilə Dağlıq Qarabağda məskunlaşan ermənilər Ermənistan ərazisinə gedib-gələ bilərlər”.

Laçın şəhərində üçrəngli bayrağımızı qaldıran Prezident bildirdi ki, Laçın şəhərinin azad edilməsi tarixi hadisədir və həmişə tarixdə qalacaq. Bayrağımız Laçında əbədi dalğalanacaq.

Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir: “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur”.Laçın sakinləri bu xoşbəxt anları sevinclə yaşayır, bərpa-quruculuq işlərinin tezliklə başa çatacağı günü səbirsizliklə gözləyirlər ki, doğma yurdlarına qayıtsınlar.

“İşğaldan azad edilmiş Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Laçın rayonunda Su Elektrik Stansiyasının işə salınması, müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə yanaşı, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Laçın 2 nömrəli, Zabux kənd tam orta məktəblərinin bərpası və yenidən qurulması işlərinin sürətlə aparılması qısa zamanda Laçına ilkin qayıdışın reallaşacağından xəbər verir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti,rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın səhərini,Zabux və Sus kəndlərini də bir güllə belə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb.Dövlət başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gun qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış Laçın şəhəri ,Zabux və Sus kəndlərinin sakinlərinin,yəni doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi ,onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi,əhali arasında məlumatlandırma,təbliğat işlərinin aparılması köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işləri həyata keçirilir.

Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırmalıdır: “Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.

Müslümova Gültəkin,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button