AnalitikaGündəmSiyasət

Minaların acı mirası

Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra üzə çıxan ən ciddi təhlükələrdən biri minalardır. Ermənistan uzun illər ərzində bu ərazilərə bir milyondan artıq mina basdıraraq, həm insan həyatı, həm də təbiət üçün böyük risk yaratmışdı. Bu, müharibədən sonra da davam edən gizli bir terror siyasəti kimi dəyərləndirilir.

Minaların mövcudluğu insanların doğma yurdlarına qayıdışını çətinləşdirir. Hər il onlarla mülki şəxs və hərbi qulluqçu mina partlayışlarının qurbanına çevrilir. Bu, sadəcə humanitar böhran deyil, həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Azərbaycan dövləti mina təmizləmə işlərini prioritet məsələ elan edib. Xüsusi qurumlar genişmiqyaslı əməliyyatlar aparır, beynəlxalq təşkilatlardan texniki və maliyyə dəstəyi cəlb olunur. Məqsəd əraziləri təhlükəsiz hala gətirmək və qayıdış prosesini sürətləndirməkdir.

Minalarla bağlı vəziyyət beynəlxalq aləmin diqqətinə çatdırılır. Bu fakt Ermənistanın işğal siyasətinin fəsadlarını açıq şəkildə nümayiş etdirir. Ərazilərin minalardan təmizlənməsi isə yalnız təhlükəsizlik üçün deyil, həm də ədalətin bərpası üçün zəruridir.

YAP Xəzər rayon təşkilatının fəalı
Sünbül Həsənquliyeva

Oxşar Xəbərlər

Back to top button