Analitika

Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd olunur

Ulu öndərimiz təkcə bir lider deyildi, həm də o, qəlbi vətən, xalq, millət eşqi ilə alovlanan bir azərbaycanlı idi. Buna görə də onun ən birinci məqsədi birliyi təmin edib bütün azərbaycanlıları bir yumruq ətrafında birləşdirmək oldu.

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15-i iyun dövlətçiliyimiz Ulu öndərin vasitəsilə yox olmaq təhlükəsindən xilas olunduğu gündür. Onun xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyi nəyinki qorudu, hətta respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırılaraq inkişafın təməli qoyuldu.

Milli qurtuluş əfsanəsi Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması ilə başladı. O, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas etdi. Buna görə də, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunmağa başlandı.

Ümumilli liderimiz bir şeyi yaxşı bilirdi ki, müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu elə də asan başa gələn bir iş deyildi, ancaq xalqın sevimlisinin iradəsi sayəsində reallığa çevrildi. Milli dövlətçiliyimizin konsepsiyasını yaradan Ulu öndər Heydər Əliyev bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa etdi. Ancaq onun bu şücaətini qısqanclıqla bəyənməyənlər içində yer alan AXC-Müsavat hakimiyyəti çalışdığı qədər Ulu öndərimizin bu mübarizəsində ona maniə olmağa çalışırdı. Amma bunların hər bir boş cəhdlərdən bir şey deyildi. Xalqın sevimlisi olan Ulu öndərimiz iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi və iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət nəyinki respublikanı informasiya blokadasından çıxardı, hətta dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi.

Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Xalqı uğrunda bu qədər çalışan bir qəhrəmanı qədirbilən xalqımız heç bir vaxt unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button