AnalitikaGündəmSiyasət

Millətin məhəbbətini qazanmış Ulu Öndərmilletin-mehebbetini-qazanmis-ulu-onder

3 oktyabr 1993 – Xalqın Seçimi, Tarixin Qəhrəmanı: Ulu Öndər Heydər Əliyev

Azərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il, dövlətçiliyimizin xilası və xalqın taleyində dönüş nöqtəsi kimi əlamətdar bir gündür. Məhz bu tarixdə xalqın istəyi və iradəsi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim sadəcə siyasi bir qərar deyildi – bu, millətin öz sabahına olan inamını bərpa etmək arzusu idi. 1990-cı illərin əvvəllərində ölkə xaos, siyasi böhran və vətəndaş qarşıdurması içində idi. Ərazi bütövlüyümüz təhdid altına düşmüş, dövlətin idarəçilik sistemi iflic olmuşdu. Belə bir zamanda xalq yalnız bir insana – öz liderinə, Heydər Əliyevə üz tutdu. Çünki bu şəxsiyyət artıq öz əməlləri ilə sübut etmişdi ki, o, xalqı üçün var, xalqı ilədir və xalqı uğrunda hər cür fədakarlığa hazırdır.

Heydər Əliyev prezident seçildikdən sonra ölkədə sabitlik bərpa olundu, dövlət quruculuğunda mühüm islahatlar həyata keçirildi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorundu və möhkəmləndi. Ən çətin anlarda belə, o, xalqın maraqlarını hər şeydən üstün tutdu. Məhz onun rəhbərliyi ilə 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanaraq Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Heydər Əliyev təkcə bir siyasətçi deyil, həm də milli ideologiyanın müəllifi, xalqın mənəvi dayağı idi. Onun xalqla olan sarsılmaz bağlılığı, müdrikliyi və vətənə sonsuz sevgisi onu Ümummilli Lider zirvəsinə yüksəltdi. O, sadəcə lider deyil, millətin ruhunu yaşadan bir simvol idi. Bu gün müstəqil Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin kökündə məhz Heydər Əliyev siyasi kursu dayanır. Onun ideyaları bu gün də yaşayır, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir, bölgədə və dünyada söz sahibi olan bir dövlətə çevrilib.

3 oktyabr təkcə bir seçki tarixi deyil – bu tarix bir xalqın öz liderinə inamının, öz dövlətinə sahib çıxmasının simvoludur. Ulu Öndər Heydər Əliyev isə bu inamın, bu mübarizliyin və bu böyük yolun əbədi qəhrəmanıdır.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Siyasət Həsənov

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button