
Memfis Depay Niderland yığmasının tarixinə düşüb.
“Globalnews.az” xarici KİV-ə istinadən xəbər verir ki, o, millidə ən çox məhsuldar ötürmə edən futbolçu olub.
Hücumçu bunu DÇ-2026-nın seçmə mərhələsində Finlandiyanı (4:0) məğlub etdikləri matçda reallaşdırıb. 31 yaşlı futbolçu qarşılaşma zamanı 2 məhsuldar ötürmə müəllifi olub.
Beləliklə, yığmada məhsuldar ötürmələrinin sayını 35-ə yüksəldən ön xətt oyunçusu Uesli Sneyderi (33 ötürmə) geridə qoyub. Bu siyahıda üçüncü yerdə 30 məhsuldar ötürmə ilə Yohan Kroyf yer alıb.
Qeyd edək ki, M.Depay həmçinin Niderland yığmasının tarixində ən çox qol vuran futbolçudur. O, meydana çıxdığı 106 oyunda 54 dəfə fərqlənib.