Mədəniyyətimizin bütün sahələri Heydər Əliyevin qayğısından bəhrələnmişdir
İnsanların hər biri ömrünü bir zaman kəsiyində yaşayır, zamanın diqtəsi ilə hərəkət edirlər. Lakin tarixdə elə şəxsiyyətlər var ki, onlar vaxtdan ucada dururlar, zamana sığmırlar, zamanın gərdişini dəyişirlər bu gün nuruna toplaşdığımız şəxsiyyət Ümummili Lider Heydər Əliyev məhz belə şəxsiyyətdir. Heydər Əliyev siyasətdə zəmanənin ruhunu tutmaq və şəraitə uyğun hərəkət etmək qabiliyyətinə malik idi. Onda hadisələrin gedişini izləmək, qabaqcadan görmək və qərarları lazımi məqamda vermək istedadı vardı. Siyasəti empirik elm kimi əsaslandıran, öz təlimi ilə öz dövrünü xeyli qabaqlamış İtaliya filosofu Makiavelli göstərirdi ki, siyasətin ali məqsədi, əsas problemi zamanın xarakterinə və qərar qəbul olunan məqamda spesifik şəraitə uyğun gələn hərəkət obrazını tapmaqdan ibarətdir. Buradan çıxış edərək o yazırdı ki, siyasət ümumi sərəncamların sadəcə mənimsənilməsi ilə başa çatmır. Burada mücərrəd danışmaq olmaz, çünki şəraitdən asılı olaraq hər şey dəyişir”.Bu konteksdən yanaşdıqda görürük ki, dahi rəhbərin siyasəti dünyada gedən qloballaşma, demokratiya, insanların düşüncələrində baş verənləri nəzərə alaraq azərbaycanlıların etnik qurumdan siyasi millətə keçməsi xarakteristikasını ön plana çəkirdi. Müasir politoloqlar siyasi milləti milli inkişafın yüksək zirvəsi hesab edirlər. Məlumdur ki, millətin mövcudluğu onun milli şüur səviyyəsi ilə əlaqədardır. Milli şüurun iki səviyyəsini göstərirlər. Milli şüurun ilkin səviyyəsi etnik şüur mərhələsidir ki, buraya milli dil və mədəniyyət, maddi-məişət ünsürləri, milli psixoloji hisslər, milli-mənlik şüuru, milli xarakter, milli mentalitet və s. daxildir. Bu məqamda xüsusi qeyd etmək istərdim ki, Heydər Əliyev siyasi düşüncəsinin formalaşmasında erkən və orta əsr türk dünyasında ömür yaşamış sərkərdələrimizin siyasi baxışlarından xüsusi məharətlə bəhrələnmişdir. “Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycan kinosunun da böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi”.“Ulu öndər deyirdi: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”. Bəli, dəyərlərimizə hər zaman sahib çıxmalıyıq.”
Bədiyyə Sadıqova,
YAP- ın gənc fəalı