Siyasət
Liviyanın Prezident Şurasının sədri Azərbaycana səfərə gəlib
Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Liviyanın Prezident Şurasının sədrini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.