Siyasət
Litva Prezidentindən 20 Yanvar faciəsi ilə bağlı paylaşım
Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
Globalnews.az xəbər verir ki, o, bununla bağlı tviter hesabında qeyd edib.
“Qara Yanvar faciəsi – Sovet qoşunlarının hücumu nəticəsində Azərbaycan xalqının amansız qətliamını hörmətlə anırıq. 33 ildən sonra təcavüzkarlar Ukraynada eyni vəhşiliyi törədir. Onlar o zaman uğur qazana bilmədilərsə, indi bunu heç bacarmayacaqlar”, – deyə Nauseda bildirib.