Analitika

Laçınının azad edilməsi bizim tarixi qələbəmizin ən mühüm parçası oldu

Tarixin özü qədər qədim olan Azərbaycan zəngin təbii sərvətlərinə, əlverişli, coğrafi və strateji mövqeyinə görə əsrlər boyu yadelli qəsbkarların, imperialistlərin təcavüzünə məruz qalıb. Çoxəsrlik, dövlətçilik tarixinə sahib xalqımız minilliklər boyu müstəqilliyi, suverenliyi yolunda mübarizə aparıb. Uğrunda can verməyə hazır olduğumuz Vətən üçün əcdadlarımız sinəsini sipər edib, bu torpağın hər qarışında qanı ilə tarix yazıb. Laçın rayonunun işğaldan azad olunması tarixi bir hadisədir. Erməni vandalları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün binaları, bağçaları, məktəb və xəstəxanaları dağıdıblar. Meşələr planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən işğaldan azad olunan ərazilərin meşə sahələrini 30 il ərzində qırıb, talayıb və yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük sahəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir.Bəli, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata uyğun olaraq, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı. Düşmən yenildi. Məğrur Laçınımız itkisiz işğaldan azad edildi. Xalqımız bu günlərdə Qələbə sevincini yaşayır. Tariximizin ən şanlı, şərəfli günlərini yaşayırıq. Bu böyük xoşbəxtlikdir.

Vətən müharibəsində silahlı qüvvələrimizin rəşadətli zəfər yürüşü onun dünyanın ən güclü orduları sırasında yer almasının məntiqi nəticəsi idi. Elə büna görə də sentyabrın 27-də ölkəmizin işğalçıya qarşı başladığı əks-hücum əməliyyatı tam qələbə və düşmənin kapitulyasiyası ilə yekunlaşdı. Bununla da, Azərbaycan bu savaşda parlaq qələbə qazandı, işğal altındakı torpağımızı düşmənlərdən təmizlədi. Müzəffər Ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, qələbə uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü.

Müzəffər Ali-Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamanda regionu, o cümlədən, dünyanı beynəlxalq terror və faşizm təhlükəsindən xilas etdi.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button