Analitika

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır

Avqustun 26 da Laçın şəhəri günü münasibəti ilə böyük bayram tədbiri keçirilmişdir. Bu tədbirdə Dövlət başçısı Prezident İlham Əliyev geniş çıxış etmişdir. Çıxışında o şəhərin tarixi Qarabağ müharibələrində Azərbaycan oğullarının rəşadəti, o cümlədən separatçılıqdan hələ də əl çəkməyən erməni tərəfinə bir sıra mühüm mesajlar vermişdir.

İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1 də Laçın rayonu işğaldan azad edildi. Ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətdə deyildi. Ona görə ki, Laçın dəhlizi adlanan ərazi bu şəhərlərdən keçirdi. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar. Onlar artıq burada yaşayırlar. İlin sonuna qədər bir necə min sakin Laçında yaşayacaq. Laçının işğala məruz qalması böyük faciə idi. Həm laçınlılar üçün həm də Azərbaycan xalqı üçün. Bu ərazi strateji cəhətdən daha üstün idi, çünki Ermənistanla keçmiş Qarabağ Muxtar vilayəti arasında coğrafi əlaqə yaranırdı. Bu gün biz həm Şuşada həm də Laçında bayram edirik. Bu gün hər bir laçınlı qürur hissi ilə yaşayır. Laçında Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparmışdır. Xüsusi ilə tarixi ölkələrdən ermənilər buraya dəvət edilmişdir.

Laçın şəhərini cəmi 8 ay ərzində qurub yaratmaq xalqımızın həm istedadını həm iradəsini göstərir eyni zamanda onu göstərir ki bu torpaqların sahibləri bizik. Azad edilmiş ərazilərə əhali erməni vəhşiliklərinin təzahürlərini görür. Xalqımız bundan sonra sülh və əminəmanlıq şəraitində yaşayacaq. Cari ilin 23 aprel tarixində Laçın rayonunda sərhəddə sərhəd-buraxılış məntəqəsi qoyulub. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.

Laçın rayonu 1930-cu ildə inzibati ərazi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən rayon mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd məntəqəsi Laçın adlandırılaraq şəhər statusu alıb. Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb. Çoxlu sayda maddi mədəni abidələr dağıdılmışdır. Vətən müharibəsində əldə edilən qələbə nəticəsində imzalanan 3 tərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğalda azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. 8397 hərbi qulluqçu Laçının azad edilməsi uğrunda qəhrəmanlığa görə medalla təltif edilmişdir. 2021-ci ildə Laçın rayonunda Güləbird SES işə salınıb. Stansiya 7000 əhalinin elektrik enerjisi təminatında mühüm rol oynayacaq. Burada digər SES-da tikilib istifadəyə verilib. Prezidentin sərəncamı ilə tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 km-dir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin uzunluğu 13,3 km dir. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Hava limanı 1800 m hündürlükdə inşa edilir. Bu hava limanı strateji təyinatı ilə yanaşı gələcəkdə regionun turizm potensialinin inkişafına da imkan verəcək. Laçında yeni fərdi evlər tikilib. Və tikilməkdədir. Bununla yanaşı çoxmənzilli binaların tikilməsi də nəzərdə tutulub. Şəhərdə xəstəxana,işğal və zəfər muzeylərinin yerləşəcəyi memorial park, məktəbəqədər və tam orta təhsil müəsisələri, peşə məktəbi və turizm obyektləri də yaradılacaq. Bu il 2 nömrəli orta məktəbin açılışı oldu. 510 yerlik məktəbin sahəsi 4550 kv.m-dir. Həmçinin Zabuxda məktəb binasının tikilməsinə başlanılıb. Burada cari ilin avqustun 25-də mehmanxana kompleksinin də təməli qoyub. Elə həmin gün Laçında Xocasfilm “yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Studiya bu ərazinin işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaradacaq. Laçında istehsal müəsisələrinin yaradılmadı da nəzərdə tutulub. Burada mebel fabriki yaranıb. Rayonda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq avqustun 25-də Həkəri Balıq təsərrüfatı fəaliyyətə başlayıb. Laçında əhalinin istirahətinin təşkili sahəsində də tədbirlər nəzərdə tutulub. Şəhərin giriş hissəsində bulvar salınması nəzərdə tutulub. Həkəri çayında göl də yaranıb. Burada yaşıllıq salınıb koteclər salınıb. 2023-cü il mayın 28-dən etibarən Laçınlıların doğma yurda qayıdışına start verilib. Bu il aprelin 23-də isə dövlətimiz Azərbaycan-Ermənistan sərhəddinin Laçın istiqamətində sərhəd buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdi. Cari ilin mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edən Prezident deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar və evlər. Hər şey çox gözəl zövqlə yaradılır ki həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Əliyev Elçin,
Xəzər rayonu, 26 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button