AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Laçın – yolların qovuşduğu məkan

İşğaldan azad edilmiş ərazilərin inkişafında nəqliyyat infrastrukturu mühüm rol oynayır. Laçında da yol şəbəkəsinin yenilənməsi və genişləndirilməsi bu prosesin əsas istiqamətlərindəndir. Yeni yollar şəhərin digər bölgələrlə əlaqəsini daha da asanlaşdırır.

Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi bu baxımdan mühüm layihələrdən biridir. Yolun uzunluğunun 75,8 kilometr olması və müasir texniki standartlara uyğun inşa edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində çoxsaylı tunel və körpülərin tikintisi də həyata keçirilir.

Müasir yol infrastrukturu yalnız insanların hərəkət imkanlarını genişləndirmir. O, eyni zamanda kəndlərin, yaşayış məntəqələrinin, turizm obyektlərinin və istehsal sahələrinin bir-biri ilə əlaqəsini gücləndirir. Bu isə bölgədə iqtisadi fəallığın artmasına şərait yaradır.

Laçının nəqliyyat imkanlarının genişlənməsi şəhərin gələcək regional əhəmiyyətini artırır. Yolların yenilənməsi Böyük Qayıdış prosesini də dəstəkləyir. Beləliklə, nəqliyyat infrastrukturu Laçının yeni həyatının əsas dayaqlarından birinə çevrilir.

Vüqar Quliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 113” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button