AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Laçın – turizm üçün yeni imkanlar

Laçının zəngin təbiəti onun turizm potensialının əsasını təşkil edir. Dağlar, meşələr, çaylar və yaylaqlar bölgəyə xüsusi təbii gözəllik verir. Şəhərin bərpası zamanı bu imkanlardan turizm məqsədilə istifadə edilməsi də nəzərdə tutulur.

Laçında yaradılan istirahət infrastrukturu artıq bu istiqamətdə konkret nəticələr ortaya qoyur. Zerti kəndində 2025-ci ildə “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. Kompleksdə hotel, kotteclər, tədbir və konfrans zalları yaradılıb.

Şəhərdə Həkəri çayı ətrafında istirahət zonalarının yaradılması da diqqət çəkir. Çaykənarı bulvar, göl, asma körpü, yaşıllıqlar və digər obyektlər sakinlərin və turistlərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulur. Kanat yolunun yaradılması da şəhərin turizm imkanlarını genişləndirəcək.

Turizmin inkişafı Laçının iqtisadi həyatına da müsbət təsir göstərə bilər. Yeni istirahət məkanları xidmət sektorunun, sahibkarlığın və məşğulluğun inkişafına imkan yaradır. Beləliklə, Laçının təbii gözəllikləri müasir turizm infrastrukturu ilə tamamlanır.

Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button